Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəni ölümünün 12-ci ildönümü münasibətilə anıb.
HİT.Az xəbər verir ki, XİN rəhbəri bu barədə tvitter hesabında paylaşım edib.
“Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadəni vəfatının 12-ci ildönümündə hörmət və rəhmətlə anıram. Şeirləri bütün könül coğrafiyamızda əks-səda verməyə davam edəcək”, - M.Çavuşoğlu bildirib.
Qeyd edək ki, Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə, 83 yaşında vəfat edib.