Komadan ayılmayan qazimiz dəfn olundu - FOTOLAR

ÖLKƏ
17:23 / 13.02.2021
822

128 gün komada qaldıqdan sonra vəfat edən İsmayılzadə Tacəddin Vüqar oğlu bu gün torpağa tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, Tacəddin İsmayılzadə Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ Müharibəsi başlayan zaman könüllü olaraq müraciət edərək, ön cəbhəyə getmək istədiyini bildirib.

Kəşfiyyat bölüyündə xidmət edən şəhidimiz Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayılzadə Tacəddin Vüqar oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

0