“MV Mozart” gəmisinin 15 heyət üzvü Türkiyə səfirliyinə gətirildi

DÜNYA
21:44 / 13.02.2021
711

Dəniz quldurları tərəfindən girov götürülən “MV Mozart” gəmisinin 15 heyət üzvü Nigeriya təhlükəsizlik qüvvələrinin nəzarəti altında Türkiyənin Abujadakı səfirliyinə gətirilib.

Bununla bağlı Türkiyənin Abujadakı səfiri Melih Ulueren Anadolu Agentliyinə bildirib.

Bu cür hadisələrin bir daha yaşanmayacağına ümid etdiyini deyən M.Ulueren gəmiçilərin ümumi vəziyyətlərinin yaxşı olduğunu, ailələri ilə telefonla danışdıqlarını bildirib.

Gəmiçilərin yaxın günlərdə İstanbula gətirilməsi gözlənilir.

Xatırladaq ki, yanvarın 23-də “MV Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin mühəndisi olmuş həmyerlimiz Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.

0
Unikal.org