32 maşın toqquşdu: Qarlı hava şəraitinə görə - FOTO/VİDEO

DÜNYA
10:07 / 14.02.2021
949

Rusiyanın Simferopol bölgəsində Ukrayna-Simferopol-Aluşta-Yalta magistral yolunda zəncirvari qəza baş verib

Hadisəyə səbəb yağan güclü qar və yaranmış çətin hava şəraitidir.

Hit.az xəbər verir ki, bu barədə Krım Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, axşam saatlarında qeydə alınan hadisə nəticəsində 32 avtomobil toqquşub. 

Yol qəzasında xəsarət alanların olmadığı bildirilib.

Qeyd edək ki, sözügedən bölgədə qarın qalınlığı, təxminən 30 santimetrdir.

 

0