Bakıya sərnişin daşıyan taksi sürücüləri gediş haqlarını artırdı - VİDEO

İQTİSADİYYAT
09:56 / 14.02.2021
1845

Yanacağın qiymətinin artması taksilərlə rayon və şəhərlərarası sərnişindaşıma qiymətlərindən də yan keçməyib.

HİT.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlərdə artım müşahidə edilir.

Gəncədən Bakıya və ətraf rayonlara sərnişin daşıyan taksi sürücüləri qiymətləri artırdıqlarını etiraf edirlər.

Burada qiymət artımı 50% civarındadır. İndiyədək Bakıya 1 sərnişinin 10 manata daşındığı Quba avtovağzalında da qiymətlər 15 manata yüksəlib.

Bənzər mənzərəni Lənkərandan Bakıya işləyən taksilərdə də müşahidə etmək mümkündür.

13