"Nizami Gəncəvini Azərbaycan ədəbiyyatı tarixindən qoparmaq, İran mədəniyyətinin yetirməsi və fars şairi kimi qələmə vermək baxımından İrəvan Tehrandan daha çox canfəşanlıq edir".
HİT.Az xəbər verir ki, bu barədə eks nazir Vilayət Quliyev sosial şəbəkədə yazıb.
O qeyd edib ki, 2012-ci ildə İrəvandakı Qafqaz İran Araşdırmaları Mərkəzi Viktoriya Arakelovanın naşirliyi ilə müasir İran alimləri Siyavuş Lornecad və Əli Dostzadənin guya Nizaminin "Stalinin əmri ilə Azərbaycana verilməsindən" bəhs edən "On the modern politicization of the Persian poet Nizami Gancavi" ("Fars şairi Nizami Gəncəvinin indiki siyasiləşdirilməsinə dair") kitabı çap edilib:
"Nəşrə rəy yazan Nyu-Yorkdakı İona College-nin yardımçı professoru Georg Burnutyan isə daha irəli gedərək Azərbaycanın təkcə "həqiqi fars şairi" Nizamiyə deyil, "İran Azərbaycanına" da sahib çıxmaq istədiyini iddia edir. Nizaminin Azərbaycan şairi və Gəncədə yaşamış bir türk olduğunu ilk dəfə ilk ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli 1903-cü ildə Tiflisdə nəşr olunan "Литература адербиджанских татар" əsərində bəyan edib".