"Tikinti Təchizat Layihə” adını və təşkilati-hüquqi forması dəyişərək "Synergy Co” Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.
2009-cu ildə yaradılan və nizamnamə kapitalı 2600 manat olan şirkətin hazırda qanuni nümayəndəsi Alıyeva Fidanə Yolçu qızıdır. Sonuncu dəfə şirkətin regestr sənədlərinə 27.01.2021 tarixində dəyişiklik edilib.
Jurnalist Cavanşir Həsənli şirkətin sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin olduğunu yazmışdı. Onun sözlərinə görə, yaradılan zaman ESKORT MMC hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 941, mənzil 27 olub. Hazırda isə şirkətin ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6G, mənzil 70 göstərilir.
Turan Agentliyinin məlumatına görə, hazırda Prezidentin İşlər müdiri olan Ramin Quluzadəyə məxsus olan şirkətin 2020-ci ili mart ayında elan edilən ləğvi baş tutmayıb. O vaxtdan bəri ən azı ikinci dəfə yenidən təşkil edilir. Ötən ilin mart ayında "Eskort” MMC-nin (VÖEN: 1401708281) könüllü ləğv edildiyi elan edilib. Sonradan məlum olub ki, ləğv baş tutmayıb və şirkət sadəcə adını dəyişib - "Tikinti Təchizat Layihə” MMC. İndi isə elan edilib ki, bu şirkət "Synergy Co” QSC-ə çevrilir. Şirkətin təsisçisi 2015-ci ildə Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri təyin edilən Ramin Quluzadədir. Bu ilin yanvar ayının sonunda o AR Prezidentinin İşlər müdiri təyin edilib.
Agentliyin araşdırmasına görə, Ramin Quluzadə tərəfindən təsis edilən "Eskort” MMC (VÖEN: 1401708281) sonradan şirkət hüquqi ünvanın dəyişib və Azure Business Centre-ə köçüb. Şirkətin fəaliyyət növü barədə məlumat yoxdur.