Azərbaycanın əleyhinə casusluq edən erməni HƏBS EDİLDİ

SİYASƏT
17:28 / 15.02.2021
3344

Vətən Müharibəsini zəfər ilə yekunlaşdıran Azərbaycan dövlət və ictimaiyyət əleyhinə fəaliyyət göstərən bir çox erməni cinayətkarları cinayət məsuliyyətinə cəlb edib və onlar məhkəmənin qərarı ilə həbs edilib.

Həmin şəxslərdən biri də Azərbaycanın əleyhinə casusluq edən erməni Alyoşa Xosrovyandır.

Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq), 228.1-ci (Qanunsuz olaraq odlu silah daşıma), 279.1-ci (Silahlı birləşmələr və ya qruplar yaratma və onları silahla təchiz etmə) 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilən Xosrovyan Alyoşa Aramaisoviç barəsində məhkəməyə təqdimat verilib.

Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin qərarı ilə A.Xosrovyan barəsində həbs qətimkan tədbiri qərarı seçilib.

0
“Qafqazinfo”