Cavuşoğlu ABŞ-ın dövlət katibi ilə telefonla danışdı

DÜNYA
23:33 / 15.02.2021
892

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb.

Hit.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Cavuşoğlu ABŞ-ın dövlət katibini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib.

Nazirlər iki ölkə arasında əlaqələr, FETÖ, PKK/PYD mövzusu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələlər - Suriya, Şərqi Aralıq dənizi ilə bağlı müzakirələr aparıblar.

Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə əlaqədar açıqlamasından narahatlığını ifadə edib.

Hər iki nazir yaxın gələcəkdə gündəmdə olan mövzuları daha ətraflı şəkildə müzakirə etmək üçün bir daha danışıqlar aparacaqlarını bildiriblər.

0