Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.
Hit.az təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, son 24 saat ərzində dünya ölkələrində virusa yoluxanların sayı 332 360 nəfər artıb. Nəticədə ümumi yoluxanların sayı 108 579 352 nəfərə çatıb.
Son sutkada müalicə alan 9 691 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Bütövlükdə 2 396 408 nəfər pandemiya qurbanı olub.
ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.
Dünyada ən çox yoluxma halı ABŞ (27 309 503), Hindistan (10 916 589) və Braziliyada (9 809 754) və Rusiyada (4 086 090) qeydə alınıb.