Sülhməramlılar 15 ermənini Kəlbəcər monastrına apardı - VİDEO

ÖLKƏ
09:56 / 16.02.2021
1563

Bazar günü 15 erməni zəvvar Kəlbəcər ərazisindəki Xudavəng monastır kompleksini ziyarət edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əldə edilən razılaşmalar nəticəsində Azərbaycan hərbçiləri zəvvarların rus sülhməramlılarının müşayiəti ilə kompleksə getməsinə icazə verib.

Nazirlik bildirib ki, Rusiya sülhməramlılarının müşahidə məntəqələrindən biri təhlükəsizliyi təmin etmək üçün monastrın yaxınlığında qurulub. Rusiya Müdafiə Nazirliyi bildirib ki, bundan əvvəl sülhməramlılar Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin də monastırı ziyarətini müşayət ediblər.

Ermənistan vətəndaşlarının Azərbaycan ərazilərinə səfərinin hansı sənədlər və qanunlar əsasında həyata keçirildiyi məlum deyil. Azərbaycan Xarici İşlər Nazirliyi adıçəkilən ərazilərə xarici vətəndaşların səfərinin tənzimlənməsi ilə bağlı suallara hələ ki, cavab verməyib.

Monstr kompleksi azərbaycanlılar tərəfindən Xudavəng, ermənilər tərəfindən Davinak adlandırılır. Kəlbəcər rayonu ərazisindəki kompleks 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan, Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılıb.

Həmin bəyənatla Ermənistan və Azərbaycan arasında 44 günlük müharibəni bitirən atəşkəs qüvvəyə minib və bölgəyə Rusiya sülhməramlıları gəlib.

1