KİVDF niyə ləğv edildi? - Yeni icraçı direktor səbəbləri açıqladı

ÖLKƏ
12:46 / 16.02.2021
636

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilərək yerinə Medianın İnkişafı Agentliyinin yaradılmasının səbəbləri açıqlanıb.

Trend-in məlumatına görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "QəbuldASAN” verilişində bildirib ki, KİVDF-nin təşkilatı-hüquqi forması geniş tədbirlərin həyata keçirilməsinə imkan vermirdi:

“Biz həmin fond çərçivəsində işlərimizi görərkən və media sahəsindəki prosesləri təhlil edərkən gördük ki, bu fondun ümumiyyətlə təşkilati-hüquqi forması media sahəsində geniş islahatların aparılmasına və medianın bütün sahələrini əhatə etməyə imkan vermirdi. Yəni fondun təşkilatı-hüquqi formasının medianın yalnız maliyyə dəstəyini həyata keçirməklə müəyyən istiqamətdə işlərin görülməsi kimi bir çərçivəsi var idi.

Bu təşkilati-hüquqi forma medianın bütün sahələrini, ümumiyyətlə jurnalistlərlə yaxından işlərin görülməsi, onların ixtisas və peşələrinin artırılması üzrə tədbirlərin görülməinə imkan vermirdi. Bu səbəbdən də bizim təhlillərimiz göstərdi ki, yeni təşkilati-hüquqi formaya keçimək zərurəti vardı və cənab Prezidentin fərmanı ilə yeni təşkilatı-hüquqi formada, publik-hüquqi şəxs olaraq Medianın İnkaşı Agentliyinin yaradılması barədə qərar verildi”.

0