Çinin "Geely Motors" şirkəti Rusiyada 18 mindən çox avtomobili geri çağırır.
Hit.az-ın məlumatına görə, qərar şaxtalı havada yanacaq dəstəyinin zədələnməsi ehtimalı ilə əlaqədardır.
Bu nasazlıq nəticəsində avtomobildə yanğın baş verə bilər.
Geri çağırılma 2018-ci ildən etibarən istehsal olunan "Atlas" modellərinə şamil edilir.
Avtomobillərdə zəruri təmir işləri ödənişsiz həyata keçiriləcək.