Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edən şəxsin mağaza sahibi tərəfindən zəncirlənməsi ilə bağlı görüntülər yayılıb.
Hit.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən aydın olur ki, mağaza sahibi bu üsulla oğurluq edən şəxsi cəzalandırmaq istəyir. Videoda mağaza sahibinin üzü görünməsə də, danışığı aydın eşidilir:
“Mənim dükanıma niyə girmisən? Niyə oğurluq etmisən? İt kimi qalacaqsan burada”. Yayılmış görüntülərlə əlaqədar DİN Mətbuat Xidməti ilə əlaqə saxlanılıb.
Bildirilib ki, sosial şəbəkə seqmentlərində yayılan videogürüntülər araşdırılır.
“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”.