Vətən müharibəsi qazisinə vəzifə verildi

ÖLKƏ
22:43 / 16.02.2021
827

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

İcra hakimiyyətindən HİT.az-a verilən məlumata görə, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

0