Azərbaycanda icra nümayəndəlikləri ləğv edilir?

ÖLKƏ
14:54 / 17.02.2021
1151

İcra hakimiyyətlərinin ayrı-ayrı yerlərdəki nümayəndəliklərinin ləğv ediləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta icra nümayəndəliklərinin ləğv edilib, səlahiyyətlərinin bələdiyyələrə verilməsi ilə bağlı iddialarda var. Azərbaycanda icra hakimiyyətinin nümayəndəliklərinin ləğv edilib, səlahiyyətlərinin bələdiyyələrə verilməsi gözlənilirmi?

HİT.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirlir:

"Bu çox ciddi məsələdir.Hesab edirəm ki, icra nümayəndəliklərinin ləğv edilib, bələdiyyəyə verilməsinə biz tam hazır deyilik. Bu barədə ciddi şəkildə düşünməliyik. Sadəcə hər iki strukturda biz çevik idarəçiliyin qurulması istiqamətində addımlar atmalıyıq. Bununla bağlı müxtəlif ölkələrdə ayrı-ayrı yanaşmalar var. Bəzi ölkələrdə bələdiyyə sisteminə daha geniş yer verilib. Məsələn qardaş Türkiyə dövlətində bələdiyyələrə daha çox üstünlük verilir. Ona görə də bu barədə ciddi şəkildə düşünməliyik. Qərar verilməzdən öncə maksimum dərəcədə götür-qoy edilməli və müsbət-mənfi tərəfləri analiz olunmalıdır. İcra hakimiyyətləri uzun müddətdir ki, fəaliyyət göstərir. Düzdür, bir sıra hallarda neqativ hallarla qarşılaşırıq. Bələdiyyələrin fəaliyyəti tam formalaşandan və çevik idarəçilik sistemi qurulduqdan sonra bu məsələ barədə düşünə bilərik. Amma araşdırmalar aparılmadan birdən-birə bu barədə qərar verə bilmərik".

0