2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35348 nikah və 14628 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Hit.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib.
Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.