Dünya birjalarında neft qiymətlərində bahalaşma müşahidə olunur.
HİT.Az xəbər verir ki, “Brent” markalı neftin bir barreli London birjalarında 1,7% bahalaşaraq 65,46 dollara yüksəlib.
Sonuncu dəfə “Brent”in qiyməti 65 dolları 2020-ci ilin yanvarında ötmüşdü.
“WTI” markalı neftin bir barreli isə 1,7 % artımla 62,21 dollardan satılır.