Bakı meriyasının qurumu 1 milyon manatlıq texnika alır

İQTİSADİYYAT
13:15 / 18.02.2021
1980

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Fəvvarələrin İstismarı İdarəsi nəqliyyat və xüsusi texnikaların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Az-Tex-Import" MMC-dir.

Qalib şirkətə 967,775 min manat ödəniləcək.

0