Bakının Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində yerləşən bir neçə ağac köçürülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə ağacların köçürülməsi ETSN və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə aparılır:
“Ağaclar həmin ərazidəki digər sahəyə köçürülür. Ağacların köçürülməsinə səbəb yeralti kabelin sıradan çıxması və ağacların köklərinin betona dirənməsidir”.