İqtisadçı Rövşən Ağayev ölkəyə idxal olunan elektrik və hibrid avtomobillərlə açıqlanan statistik rəqəmləri şərh edib.
HİT.Az xəbər verir ki, ekspert ötən ilin yanvarında ölkəyə 7 elektriklə işləyən avtomobil gətirildiyini deyib:
"Ötən ilin yanvarında ölkəyə hər birinin dəyəri orta hesabla 11.5 min dollar olan 7 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5.3 min dollar olan 659 ədəd hibrid avtomobil idxal edilmişdi. Bu ilin yanvarında hər birinin dəyəri orta hesabla 129.5 min dollar olan 2 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5 min dollar olan 459 ədəd hibrid avtomobil idxal edilmişdi.
Ay ərzində daxili yanma mühərrikilə işləyən minik avtomobillərinin orta idxal dəyəri və sayı belə olub:
2020-ci ilin yanvarı - 4901 ədəd və hər birinin orta idxal dəyəri 10.5 min dollar
2021-ci ilin yanvarı - 3779 ədəd və hər birinin orta idxal dəyəri 10.8 min dollar
Minik avtomobillərinin aylıq idxal həcmi 24%, o cümlədən daxili yanma mühərrikli minik avtomobillərinin aylıq idxal həcmi 23% azalıb.
Amma yük maşınlarının idxalında 26% artım var. Çox güman bu artım ölkədə genişmiqyaslı tikinti-bərpa işlərilə bağlıdır".