Kiyevdə azərbaycanlı həbs olundu - ADAM ÖLDÜRDÜYÜNƏ GÖRƏ - FOTO+ VİDEO

ÖLKƏ
14:25 / 21.02.2021
1156

Cari ilin fevralın 20-də Ukraynanın paytaxtı Kiyevdə piyadanı öldürən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum olub.

Ukraynada azərbaycanlıların "Analitika və İnformasiya Platforması" təşkilatının sədri, hüquqşünas Qulu İbrahimov "Report"un Avropa bürosuna bildirib ki, bu, 1992-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı Əzizli Abdulla Əziz oğludur.

Kiyevin Peçersk rayon polisi artıq 1969-cu il təvəllüdlü ukraynalının ölümündə şübhəli bilinən həmyerlimizi saxlayıb. Rayon məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, hadisəyə səbəb olaraq azərbaycanlının avtomobili idarə edərkən piyada keçidinə çox yaxınlaşması və piyadanın buna təhqirlə reaksiya verməsi olub.

0