Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?

ÖLKƏ
11:56 / 22.02.2021
2182

Ötən gün sosial şəbəkələrdə hüquq mühafizə orqanları tərəfindən Quba Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə məlumat yayılıb.

“Qafqazinfo” məsələylə bağlı icra hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.

O bildirib ki, hazırda icra başçısı öz işinin başındadır: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, yayılan məlumatlarda icra başçısı Ziyəddin Əliyevin bir neçə şəxsə məxsus əmək haqlarını mənimsədiyi iddia edilirdi.

2