Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana niyə vermir? 

SİYASƏT
15:06 / 22.02.2021
1121

“Ermənilər dünyaya car çəkirlər ki, “Azərbaycan əsirlərimizi geri qaytarmır”, halbuki qaytarılanların sayı getdikcə artır. Buna baxmayaraq, Ermənistan rəsmiləri xarici həmkarlarıyla danışıqlarda hər dəfə bu məsələni qabarırlar”.

HİT.Az xəbər verir ki, bunu “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

“Biz işğaldan azad olunmuş əraziləri minalardan təmizləməyə çalışırıq, bu işə nə qədər texnika cəlb olunub. Buna baxmayaraq, minada partlayanların sayı azalmır. Ermənistan minaladığı ərazilərin xəritələrini bizə vermir. Halbuki bu xəritələrin varlığını rusiyalı hərbi ekspertlər də təsdiq edirlər. Minaları, adətən, işğalçı tərəf harda gəldi basdırır ki, qarşı tərəf hücum keçə bilməsin. Bunu anlamayan yoxdur. Ermənilərin xəritələri verməməkdə məqsədi aydındır, fikirləşirlər ki, qoy, Azərbaycanın itkiləri artsın. Bunu biz bilirik, sadəcə bildiyimizi müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara da anlatmalıyıq. Ermənistanın xarici işlər naziri “əsirlər” mövsundan ikiəlli yapışıbsa, bizim də nazir minalanmış ərazilərin xəritəsi məsələnini dünyaya çar çəkməlidir. Xəritələri verməyəcəkləri halda əsirlərin qaytarılması prosesinə ara verməliyik!”,-deyə politoloq əlavə edib.

1