1926-29-cu illərdə Azərbaycanda, 1937-38-ci illərdə isə Qazaxıstanda Kommunist partiyası Mərkəzi komitəsinin 1-ci katibi olan erməni əsilli Levon Mirzoyanın Stalinə ünvanlanan və Stalin tərəfindən təsdiqlənən məxfi teleqramda 1600 şəxsin öldürülməsi üçün icazə verilməsi istənilib.
Üzərində “Tam məxfi” qrifli olan teleqram 1 dekabr 1937-ci il tarixində göndərilib. Stalinə ünvanlanan teleqarmda qeyd olunur ki, bizə antisovet elementlərin 1-ci kateqoriya üzrə 8 000 və 2-ci kateqoriya üzrə də 8 000 nəfərinin repressiya edilməsi üçün icazə verilib. Teleqramda Mirzoyan bildirir ki, verilən bu limit demək olar ki, tükənib: “Biz üsyançı, dağıdıcı və casus elementlərdən ibarət iki kateqoriya üzrə etdiyimiz təşkilat və qruplardan müəyyən edilən 1600 nəfər ələ keçirmişik. Qalıqların tam olaraq təmizlənməsi üçün biz xahiş edirik ki, bizim əlavə olaraq 1-ci kateqoriya üzrə 600 və 2-ci kateqoriya üzrə 1000 nəfəri repressiya etməyimizə icazə verəsiniz”.
Məlumat üçün bildrək ki, Levon İsaeviç Mirzoyan 11 ekabr 1897-ci ildə Yelizavetpol quberniyasının Şuşa şəhərində anadan olub. Levon Mirzoyan 1920-25-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı, Azərbaycan KP Bakı komitəsinin katibi olub. 1925-29-cu illərdə Azərbaycan KP MK-nin 1-ci karibi vəzifəsində çalışıb. 1929-33-cü illərdə dairə komitəsinin katibi, sonra KP Ural vilayət komitəsinin 2-ci katibi işləyib. 1933-cü ildən partiyanın Qazaxıstan vilayəti 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. SSRİ MSK üzvü olub. Lenin ordeni alıb.
1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefortovo həbsxanasında güllələnib. 1958-ci ildə bəraət alıb.