Tbilisidə qarşıdurma: Müxalifət lideri həbs olundu

DÜNYA
10:57 / 23.02.2021
855

Gürcüstanın paytaxtı Tbilisidə qarşıdurma yaşanıb.

Yerli KİV-in xəbərinə görə, polis qüvvələri “Vahid Milli Hərəkat” partiyasının ofisində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı partiyanın lideri Nika Meliya həbs olunub.

Hadisə zamanı polisə müqavimət göstərən 10-dan artıq şəxs də saxlanılıb.

Nika Meliya 2019-cu ilin yayında Rusiya əleyhinə aksiyalar fonunda parlamentin binasına hücum təşkil etməkdə ittiham olunur. Məhkəmə onu elektron qolbaq taxmağa və cərimə ödəməyə məhkum etsə də, qolbağı hər kəsin önündə çıxaran müxalifətçi yeni cərimə məbləğini də ödəməkdən imtina etmişdi.

Məhkəmə siyasətçinin həbs olunması barədə qərar verdikdən sonra Meliya tərəfdarları ilə”Vahid Milli Hərəkat” partiyasının ofisində qərargah qurmuşdu. Onun həbsi barədə qərar "Gürcü Arzusu" partiyasında fikir ayrılığına və baş nazir Georgi Qaxariyanın istefa verməsinə səbəb olmuşdu.

0
Modern.az