Rusiya sülhməramlıları 25 ermənini Xankəndindən Amaras monastrına ziyarət zamanı müşayiət ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Atəşkəs bütün istiqamətlərdə müşahidə olunur.
Xatırladaq ki, Amaras monastr kompleksi Xocavənd rayonunda yerləşir.
Virtualaz.org