Qarlı hava şəraiti ilə əlaqədar metro müvəqqəti açıla bilərmi? - AÇIQLAMA

ÖLKƏ
12:13 / 24.02.2021
1182

Bakıda güclü qar səbəbindən avtobusların hərəkətində çətinliklər yaşanır. Sosial şəbəklərdə belə bir vəziyyətdə metronun fəaliyyətinin müvəqqəti bərpa olunması məsələsi müzakirə edilir.

Bununla bağlı HİT.Az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun fəaliyyəti koronavirus pandemiyası səbəbindən dayandırılıb. Nə zaman açılacağı ilə bağlı qərarı da yalnız Operativ Qərargah verə bilər.

Çingiz Səfərli

1