"Azərişıq"dan borcunu gecikdirən abonentlərə əcaib xəbərdarlıq - ŞİKAYƏT

ÖLKƏ
15:02 / 24.02.2021
6560

Bakının Yasamal rayonunda "Azərişıq" ASC-nin işçiləri borcunu gecikdirən abonentlərin işığını xəbərdarlıq etmədən kəsir.

Bu barədə HİT.Az-a Rəşid Məhərrəmli adlı vətəndaş məlumat verib. O, evdə olduğu halda Yasamal İşıq İdarəsinin işçilərinin gəlib elektrikini kəsdiyini deyib.

"Elektrikə olan borcumu 15 gün gecikdirmişdim. Heç bir xəbərdarlıq etmədən gəlib işığımızı söndürüblər. Əvvəl elə bildim hardasa qəza olduğundan belə olub. 13 manat borcu da həmin an ödədim. Lakin 5 saat boyunca yanmadığından, idarəyə zəng etdim. Bildirdilər ki, borca görə xəbərdarlıq bu şəkildə edilir. 1 aylıq borca görə qurum işçilərinin belə davranmaları nə dərəcədə doğrudur? Bəlkə elə başıma hadisə gəlib. Maraqlanmadan, hər hansısa bir şifahi xəbərdarlıq etmədən işığı kəsmələri hörmətsizlikdir. Xahiş edirəm ki, "Azərişıq" ASC Yasamal şöbəsinin fəaliyyəti barədə ölçü götürsün".

Çingiz Səfərli

10