Bakıya bir ayın yağıntısı bir gündə yağdı - Nazirlik

ÖLKƏ
18:55 / 24.02.2021
826

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

HİT.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb: 

“Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”

0