Gürcüstan hökumət administrasiyasının rəhbəri istefa verdi

DÜNYA
21:22 / 24.02.2021
1117

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Kaxaber Kemoklidze istefa verib.

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə o, feysbuk səhifəsində yazıb.

K.Kemoklidze keçmiş baş nazir Giorgi Qaxariyaya minnətdarlıq edib, yeni baş nazir İrakli Qaribaşviliyə isə uğurlar diləyib.

O, Gürcüstanın gücünün yalnız birlikdə olduğunu qeyd edib.

“Mən müvəqqəti sağollaşıram. Yenidən görüşəcəyik!”, - Kaxaber Kemoklidze yazıb.

Qeyd edək ki, K.Kemoklidze bu ilin fevralın 4-də hökumət administrasiyasının rəhbəri təyin olunub.

0