Ermənistanda vəziyyət gərginləşdi: Paşinyan tərəfdarlarını meydana çağırdı

DÜNYA
13:02 / 25.02.2021
1152

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

HİT.Az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

Paşinyan Baş Qərargah rəisinin istefa tələbinə cavab olaraq tərəfdarlarını meydana çıxmağa çağırıb.

"Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - o bildirib.

1