"Araz Supermarket"in gətirdiyi 20,5 ton soğan yararsız çıxdı

İQTİSADİYYAT
13:15 / 25.02.2021
1437

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Qurumdan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən “Araz Supermarket” MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20,58 ton soğan məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

1