Baş Qərargah bəyanatını yenilədi: Paşinyan istefa verməlidir!

DÜNYA
16:00 / 25.02.2021
956

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

HİT.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bəyanatın heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb.

"Baş Qərargahın fevralın 25-dəki ilk bəyanatı heç kəs tərəfindən yönləndirilməyib və heç kəsin təzyiqi altında yazılmayıb. Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan general-zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə öz açıq mövqeyimizi təsdiqləyirik", - Baş Qərargahdan bildirilib.

0