Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və “#justiceforkhojaly” (“Xocalıya ədalət!”) tələbi əks olunub.
Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində “#justiceforkhojaly” tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.