Mehriban Əliyevadan Xocalı paylaşımı - FOTO

ÖLKƏ
09:51 / 26.02.2021
871

Birinci vitse-prezident Mehriban Əliyeva özünün İnstagram hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

HİT.Az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

0