“Qəbələyə çəkilən dəmir yolu xətti hazırdır” - Cavid Qurbanov

ÖLKƏ
16:20 / 26.02.2021
755

Qəbələ rayonuna – “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi istiqamətində çəkilmiş dəmir yolu xətti artıq hazırdır”. 

HİT.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. 

O bildirib ki, açılış üçün dəqiq tarix hələ məlum deyil: “Prezident İlham Əliyev açılışla bağlı nə vaxt qərar versə o zaman dəmir yolu xəttinin açılışını edəcəyik”.

0