UEFA “Qarabağ“a vəsait ayırdı

İDMAN
18:40 / 26.02.2021
908

UEFA "Qarabağ"a vəsait ayırıb.

HİT.az qurumun saytına istinadən xəbər verir ki, buna Ağdam təmsilçisinin futbolçularının 2018-20-ci illər ərzində Avropa çempionatının seçmə mərhələsinin pley-off oyunlarında iştirak etməsi səbəb olub. Ona görə də qitənin ali futbol qurumu "Qarabağ"a 2473,70 avro maliyyə vəsaiti ayırıb.

Qeyd edək ki, məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

0