Azərbaycan və Qazaxıstan razılıq ƏLDƏ ETDİ

İQTİSADİYYAT
19:05 / 26.02.2021
873

Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə saziş imzalayıb.

HİT.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Samruk-Kazına" şirkətinin İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, qazma işləri Xəzər dənizinin SOCAR və BP-nin birgə kəşfiyyat işləri apardığı sahəsində yerinə yetiriləcək.

Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

"Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.

0
Axar.az