Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi

ÖLKƏ
12:00 / 27.02.2021
753

Ləğv edilmiş “Zaminbank” məhkəməyə müraciət edərək “Akkord”a qarşı iddia qaldırıb.

HİT.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bank “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hudrotechnical Construction Company” MMC-ni məhkəməyə verib.

Şirkət bank bağlanmadan öncə oradan külli miqdarda kredit götürüb. İndi isə bank kreditin ödənilmədiyini iddia edərək şirkətə qarşı iddia qaldırıb.

Hazırda iş üzrə məhkəmə çəkişməsi davam edir.

0