17 yaşlı ana yeni doğulan körpəsini öldürdü

DÜNYA
22:36 / 27.02.2021
841

İstanbulda körpəsinin ölümünə səbəb olan qadın 25 il azadlıqdan məhrum edilib.

Hit.az “TRT Haber”ə istinadən xəbər  verir ki, Özgə Ö. evdə dünyaya gətirdiyi körpəsini paltar şkafına qoyub. Yenidoğulmuş uşaq havasızlıqdan və aclıqdan ölüb.

Özgə Ö. ifadəsində deyib ki, qorxduğu üçün hamilə olmasını ailəsindən gizlədib:

“Məni rədd edəcəklərindən qorxdum. 17 yaşım var idi. Məntiqli düşünə bilmirdim. Körpəni dolabın içinə qoydum ki, ailəm görməsin. Reaksiya verəcəklərindən qorxurdum. Çox peşmanam. Sərbəst buraxılmağımı istəyirəm”.

1