İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

16:45 / 28.02.2021
934

İran İslam Respublikasının Ankaradakı səfiri Məhəmməd Ferazmənd Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Haber Global”ın məlumatına görə, səfirin XİN-ə çağırılması İranın Bağdaddakı diplomatik elçisi İrəc Məcidinin Türkiyənin İraqın suverenliyini pozması ilə bağlı fikirlərinə münasibət bildirmək məqsədi daşıyıb.

0
oxu.az