Afaq Bəşirqızının səhhətində problem yarandı

17:33 / 01.03.2021
1529

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.

HİT.Az xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib.

Verilişin aparıcısı Elgiz Əkbər qeyd edib ki, aktrisa 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Bildirilib ki, xəstəlik ağır formada yenidən qayıdıb:

“Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır”.

0