İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI

ÖLKƏ
10:22 / 02.03.2021
2229

Saatlı Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

HİT.Az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb.

Əmrə əsasən, hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, hazırda həmin şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq Rövşən Muradov icra edir.

0