Azərbaycan Türkiyə ilə Vətən müharibəsi haqqında birgə film çəkəcək.
HİT.Az xəbər verir ki, bunu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Türkiyə KİV-lərinə açıqlamasında deyib.
"30 ildir işğal altında olan torpaqlarımızı azad etdik və həmin o müharibə, müharibədə döyüşən qəhrəman əsgər və zabitlərimiz haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkə Türkiyənin kino şirkətləri ilə bigə çalışmaq niyyətindəyik".