Nazirlikdən məktəblərin yenidən bağlanması ilə bağlı AÇIQLAMA

14:16 / 02.03.2021
599

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə aydınlıq gətirib.

HİT.Az-ın xəbərinə görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında bildirib ki, yayılan məlumatlar səhvdir:

“Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.

0