Rusiyaya böyük təzyiq: AB-dən sonra ABŞ da bu addımı atdı

DÜNYA
23:11 / 02.03.2021
1301

Avropa Birliyi (AB) rusiyalı bloger Aleksey Navalnının həbsindən dolayı Rusiyanın bir sıra güc strukturlarının rəhbərlərinə sanksiya tətbiq edib.

 Rusiya baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin, Cəzaların İcrası Federal Xidmətini rəhbəri Aleksandr Kalaşnikov və Rosqvardiya komandanı Viktor Zolotovun adı sanksiya siyahısına daxil edilənlər arasındadır.

***

ABŞ Maliyyə Nazirliyi Aleksey Navalnının ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanın 7 rəsmisinə qarşı sanksiya tətbiq edib.

FTX direktoru Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Baş Prokuror İqor Krasnov, Cəzaların İcrası Federal Xidmətini rəhbəri Aleksandr Kalaşnikov, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popov və prezidentin işlər idarəsinin sədri Andrey Yarin sanksiyaya məruz qalıb.

Bundan başqa Rusiyanın 3 elmi araşdırma mərkəzinə də sanksiyaya tətbiq olunub.

1
Axar.az