Hazırda gənclər və idman naziri Azad Rəhimovun səlahiyyətlərini nazir müavini İntiqam Babayev icra edir.
Bu sözləri Axar.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov artıq bir neçə aydır səhhətində yaranan problemlə bağlı ABŞ-da müalicə alır.