Bu gün karantin yumşaldılacaq, yoxsa sərtləşdiriləcək?

ÖLKƏ
12:53 / 11.05.2020
1515

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahda Azərbaycanda karantinin yumşaldılması və ya stabil saxlaması məsələsinə baxılacaq.

Bu barədə ötən həftə ənənəvi keçirilən brifinqdə bildirilmişdi.

Belə ki, brifinqdə mayın 4-dən sonra bəzi sahələrdə fəaliyyətin bərpasından sonra koronovirusa yoluxma sayının nəticələrinə baxılacağı və bundan sonra qərarın açıqlanacağı bildirilmişdi. Bununla yanaşı bu gün həm də 65 yaşdan yuxarı şəxslərin icazə ilə küçəyə çıxmaları məsələsinə də baxıla bilər. Ona görə də bu gün bütün diqqətlər Operativ Qərərgah da olacaq. Nəticə və qərar çox güman ki, günün ikinci yarısında açıqlanacaq.

 

2
Abc.az