Səfər Mehdiyev 30 milyon xərclənən yeni binadan DANIŞDI: "10 kvadrat yerdə 7-8 işçi oturur"

İQTİSADİYYAT
14:15 / 04.03.2021
1970

Dövlət Gömrük Komitəsinin (DGK) yeni binası Komitənin büdcədənkənar vəsaiti hesabına inşa ediləcək.

HİT.Az-ın məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bəzən bir ildə DGK 8 milyon manat, bəzən 10 milyon manat, bəzən də 15 milyon manat büdcədənkənar əlavə vəsait toplanır. Bu vəsait də Dövlət Gömrük Komitəsinin daha da inkişaf etdirilməsinə yönəldilir. Bu vəsait gömrük orqanları işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına yönəldilir.

O qeyd edib ki, bu gün DGK-nın yeni inzibati binasına ehtiyacı var: “Siz görsəniz ki, bu gün bəzi əməkdaşlarımız hansı şəraitdə işləyir. Binanın nə üçün tikilməsi barədə suallar da verilir. Bu gün komitənin mövcud binasında 10 kvadrat məsafədə 7-8 nəfər oturur. Bəzən işçilər 3 növbədə işə çıxırlar. Aparatın bir neçə idarəsi başqa yerlərdə icarədədir. Ona görə yeni inzibati binanın tikilməsi zəruri idi".

S. Mehdiyev deyib ki, Komitə artıq bu günə qədər 30 milyon manat smeta və satınalma tenderlərini həyata keçirib: “Zaman keçdikcə, bu inzibati binanın tikintisinə büdcədənkənar vəsait hesabına inşa etdiriləcək”.

2